Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadi və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Baku.ws-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Proses zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və onlara hüquq və vəzifələri izah edilib. Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.
Növbəti məhkəmə iclasının dekabrın 9-da keçiriləcəyi bildirilib. Qeyd edək ki, hadisə 2026-cı ilin aprel ayında Bakı şəhərində, Bülbül prospektində yerləşən Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkilməsi ilə bağlıdır.
Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadi və digər şəxslər binanın fasadına müxtəlif söz və ifadələr yazıblar. Ardeshir Seyfpour Saad Abadiyə Cinayət Məcəlləsinin 246.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial media fenomeni ilə bağlı şok qərar
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa çıxıb
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Türkiyədə məşhurlara qarşı istintaq: 3 tanınmış şəxs həbs edildi
FSB yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb
İran Naxçıvanla sərhədə hərbi texnika toplayır? - Rəsmi açıqlama