Polşa – Belarus sərhədindəki vəziyyət Vişeqrad Qrupunda müzakirəyə çıxarılır
Polşanın Baş naziri Mateuş Moraveçki Belarus sərhədindəki mövcud vəziyyəti müzakirə etmək üçün Vişeqrad Qrupuna müraciət edib.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Piotr Müller sabah Vişeqrad Qrupunun Budapeştdə görüş keçirəcəyini bildirib.
O deyib ki, məsələnin geosiyasi fəsadlarını daha çox hiss edəcək region ölkələrindən başlayırıq.
Ötən gün Polşa hökumət başçısı Latviya, Litva, Estoniyaya səfər edərək Belarus sərhədindəki miqrant böhranı ilə bağlı məsələni müzakirə edib. Onun fikrinə görə, həmin məsələ Ukraynanın şətrqindəki münaqişə və təbii qazın qiymətinin qalxması ilə yanaşı, Rusiyanın Avropa İttifaqına qarşı apardığı hibrid müharibəsinin bir parçasıdır.
Xatırladaq ki, Vişeqrad Qrupunun üzvləri Macarıstan, Slovakiya, Çex Respublikası və Polşadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi