Polşa Azərbaycana 20,4 milyon dollar investisiya yatırıb
“Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub”.
Bunu “Trend”ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.
O qeyd edib ki, Azərbaycan öz növbəsində Polşa iqtisadiyyatına 10 milyon dollar investisiya yatırıb.
E.Məmmədovanın sözlərinə görə, Azərbaycanda 18 Polşa şirkəti qeydiyyata alınıb:
“Bu şirkətlər xidmətlər, sənaye, ticarət və digər sahələrdə işləyir. Eyni zamanda, bizim əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradılıb, 50-yə yaxın ikitərəfli sənəd imzalanıb”.
Nümayəndəlik direktoru bildirib ki, Polşanın Mərkəzi Statistika İdarəsinin məlumatına əsasən, 2018-ci ildə Polşa ilə Azərbaycan arasında ticarət mübadiləsi 95 milyon dollar təşkil edib. 81 milyon dollar Polşadan (12 faiz artım), 14 milyon dollar Azərbaycandan olan ixracın (6 faiz artım) payına düşüb:
“Əlbəttə, bu artım müsbət qiymətləndirilir, amma mövcud potensialı nəzərə alsaq, əsas hədəf ticarətin həcminin artırılması və onun strukturunun şaxələndirilməsidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Samir Şərifov: “2020-ci il iqtisadi baxımdan bütün ölkələr üçün ağır olub"
Azərbaycanda yeni yol tikiləcək - 13 milyon manat ayrıldı
Ukraynadan taxıl ixracı artırılacaq
“AzVirt” tikinti şirkəti çökür? - Mənfəəti 3 dəfədən çox azalıb
Qeyri-neft ixracı 40,9% artıb