Polkovnik lisey rəisi təyin edildi - FOTO

Məhəmməd Həsənov Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunub.
Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucovun yuxarı vəzifəyə təyin edilməsi ilə əlaqədar hazırkı vəzifəsindən azad edilməsi və Polkovnik Məhəmməd Həsənovun liseyin rəisi vəzifəsinə təyin edilməsi haqqında sərəncamı şəxsi heyətə çatdırıb.
Qaynarinfo xəbər verir ki, sonra Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib.
Vəzifəyə yeni təyin olunan polkovnik Məhəmməd Həsənova gələcək xidmətində uğurlar arzulayan Ordu komandanı liseyin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, 56 kursantla fəaliyyətə başlayan lisey ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda liseydə 400-ə yaxın kursant təhsil alır ki, onların da 100-dən çoxu ölkəmizin digər bölgələrindəndir. General-leytenant Kərəm Mustafayev onu da diqqətə çatdırıb ki, hərbi lisey Ümummilli liderin adına layiq nümunəvi təhsil müəssisəsi kimi Silahlı Qüvvələrimizin vətənpərvər, savadlı bacarıqlı və layiqli zabitlərlə təmin olunması yolunda inamla addımlayır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, liseydə tədrisin və təlim tərbiyənin keyfiyyətini yüksəltmək, kursantların fiziki və mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün daim yeni metodlar tətbiq olunur. Belə ki, kursantlar şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında və digər müsabiqələrdə müntəzəm iştirak edərək layiqli yerlər tuturlar. İnanırıq ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan lisey bundan sonra da peşəkar və vətənpərvər hərbi kadrların yetişdirilməsi işinə öz layiqli töhfəsini verəcək.
Sonda hərbi liseyin marşı oxunub, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu
Eldar Mahmudovun oğlunun adı növbəti qalmaqalda
YAP illik maliyyə hesabatını MSK-ya təqdim edib
Şamaxıda insanlar qorxu içində: 4 kəndlə əlaqə kəsildi - VİDEO - FOTO
Azərbaycanlı yazıçılar nə qədər pul qazanırlar? – 20, 1000, 1500...
Aprelin son günü hava buludlu olacaq, külək əsəcək
İlham Əliyev Fərman imzaladı