Polisin saxladığı avtomobildən heroin çıxdı
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb.
DİN-in mətbuat xidmətindən Minval.info-a verilən məlumata görə, şəxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu