27.05.2018 - 11:51
Ölkə
18 baxış
Polisin reydi zamanı sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın" - VİDEO
Astarada yol polisi bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində sürücülərə qarşı reyd keçirib.Minval.info “Xəzər TV”yə istinadən xəbər verir ki, reyd zamanı 50 sürücü saxlanılıb. Yoxlamalarda içkili və sərnişindaşıma qaydalarını pozan sürücülərə rast gəlinib.
Reydin keçirilməsində əsas məqsəd sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücüləri aşkarlamaq və bununla baş verə biləcək yol- nəqliyyat hadisələrinin qarşısını almaq olub.
Reyd zamanı müxtəlif qayda pozuntuları ilə yanaşı, polisin “saxla” əmrinə tabe olmayıb, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib.
Sükan arxasında oturanların bəziləri isə sənədlərinin olmamasını etiraf edib. Saxlanılanlardan birinin 10 ildir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üzə çıxıb.
Reyd zamanı saxlanılan 50 sürücünün 20-si barəsində inzibati protokol tərtib olunub. Bəzi avtomobillər dayanacağa aparılıb. Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
https://youtu.be/YPR3oU9VV9k
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
08.09.2026 - 16:48
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
08.09.2026 - 16:34
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
08.09.2026 - 16:20
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
08.09.2026 - 16:13
Çempionlar Liqası oyunları hansı kanalda?
08.09.2026 - 15:45
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
08.09.2026 - 15:17
Azərbaycanda süni intellekt tibbdə inqilab edir
08.09.2026 - 15:10
Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
08.09.2026 - 14:56