Polisdən sosial şəbəkələrlə bağlı əməliyyat - Saxlanılanlar var
Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib.
Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
İnsan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
Bakıda tuneli bağlayıb, əylənən gənclər saxlandı - VİDEO, FOTO
Azərbaycanda manyak meşədə gizlənir - Dəhşət dolu hadisə (Video 18+)
Bakıda 22 evdən su sayğacları oğurlayan şəxs saxlanılıb
Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırıb
Bakıda körpünün üstünə çıxan şəxs intihar etmək istəyir - FOTO, VİDEO
Azərbaycanda doğuş zamanı ana ölüb