Polis məscidə gələnləri bir-bir yoxladı - Gəncədən fotolar
Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.
Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri yerinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb.
Sonda polis əməkdaşları könüllü, qanvermə aksiyasında iştirak ediblər.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO