Polis istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar.
Operativ qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb. İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də, digər sosial izolyasiya qaydalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO