Piyada keçidlərinin uzun sürən "xəstəliyi" niyə sağalmır? - Səbəbi açıqlandı

Paytaxt Bakıda piyadaların təhlükəsizliyi üçün müxtəlif ərazilərdə yeraltı və yerüstü keçidlər inşa edilir.
Bir çox keçidlərdə eskalatorlar quraşdırılır, lakin əksər hallarda sıradan çıxır. Üstündən uzun müddət keçməsinə baxmayaraq bərpa edilmir. Bəzi ərazilərdə günlərlə, hətta aylarla nasaz vəziyyətdə qalan eskalatorlara rast gəlinir.
Dövlət büdcəsindən ayrılan pullarla insanların rahatlığı üçün nəzərdə tutulan mexanizmin daşdan-kəsəkdən fərqi olmur. Daha çox mərkəzi küçələrdə hərkətli pilləkənlər adına layiq hərəkətli edir.
Mövcud problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli minval.info-ya açıqlama verib:
“Hər hansı ərazidə problem yarana bilər. Eskalatorlar işlək mexanizmdir. Azərbaycan istehsal olunmadığı üçün ehtiyat hissələri bizim ölkədə yoxdur. Əgər təmirlə bərpa olunursa, bu, həyata keçirilir. Amma təmiri mümkün deyilsə, ehtiyat hissələr sifariş verilir. Həmin ehtiyat hissələrin Azərbaycana çatması üçün müəyyən vaxt tələb olunur. Buna görə ekalatorların işləməməsi normal haldır.”
Samir / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
Formula 1: Bakı üçün qazanc və itkilər
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər