Pilotun uçuşa etirazı Məşhəd-İstanbul reysini təxirə salıb
İranda pilotun uçuşa etirazı Məşhəd-İstanbul reysini təxirə salıb.
Musavat.com APA-a istinadən xəbər verir ki, Tehran bürosunun məlumatına görə, bu gün səhər saat 09:30-da Məşhədin Şəhid Haşemi Nejad Hava Limanından İstanbula uçmalı olan 9735 nömrəli reysdə təyyarənin təkərlərinin saf (keçəl) olması reys pilotunun etirazına səbəb olub və uçuş təxirə salınıb.
Təyyarə təkərinin partlama ehtimalı olduğu üçün reys üçün uyğun təkərlər Tehrandan tələb olunub. Reys, təkərlər gəlib dəyişdirilənə qədər təxirə salınıb.
Qeyd edək ki, ötən həftələrdə Məşhəd Beynəlxalq Hava Limanında təyyarənin təkəri partlaması nəticəsində iki dəfə qəzalı enişi olub. Hər iki enişdə sərnişinlər ziyan görməsə də, təyyarəyə ziyan dəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var