Perulu jurnalist: "Ermənilər Ağdamda quruculuğa yox, daha çox dağıtmağa meyilli olublar"

“Mən ermənilərdən soruşmaq istəyərdim ki, bu qədər dağıntı bacarığını haradan öyrəniblər? Hesab edirəm ki, onların Ağdamda inkişafa, quruculuğa heç bir marağı və niyyəti olmayıb”.
“MİNVAL.İNFO”un Qarabağ Mərkəzinin verdiyi məlumatına görə, bu fikirləri Perunun “La Razon” qazeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Latın Amerikasında fəaliyyət göstərən nüfuzlu media nümayəndələrinin Ağdama səfəri zamanı jurnalistlərə deyib.
Onun sözlərinə görə, ermənilər torpaqları işğal altında saxladıqları müddətdə heç bir əməli addım atmayıblar: “Ermənilər burada yaşayış üçün zərrə qədər çalışmayıblar. Əksinə, onlar dağıtmaqda çox maraqlı olublar. Ermənilərin işğal etdikləri ərazilərdə insan həyatına önəm verməmələri təkcə onların nəzarəti altında olduğu müddətdə yox, hətta onların sonrakı vaxtlarda da burada yaşamalarına mane olmağa çalışıblar. Biz bura gələndə məlumat aldıq ki, təkcə Ağdama 97 mindən çox mina basdırılıb. Onların bu addımı da onu deməyə əsas verir ki, ermənilər insan həyatı ilə çox təhlükəli oyun oynayırlar. Bu faktın özü vaxtilə burda yaşamış insanların geri qayıdışını mümkün qədər ləngitmək və hətta mümkünsüz etməyə yönəlib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı - NATO əməkdaşlığına dair yeni bəyannamə hazırlanır
Vəkil Elman Paşayev: "Fuad Abbasov qandallanmayıb, deport xəbəri isə ..."
YAP-a yeni mətbuat katibi təyin edilib
Zelenskinin andiçmə mərasiminin tarixi bəlli oldu
Bakıya göndərilən Türk generallar -