Pentaqon əsgərlərin beyinlərini proqramlaşdıracaq
ABŞ-ın müdafiə nazirliyinə məxsus araşdırma qurumu əsgərlərin beynini proqramlaşdıracaq.
Minval.info Ölkə.Az-a istinadən xəbər verir ki, insan beyninə yerləşdiriləcək çiplərlə orqanizm və beyin proqramlaşdırılacaq və idarə ediləcək. DARPA artıq zehni nəzarət etmək üçün başlayan layihəni hərbçilərin üzərində sınaqdan keçirmək üçün hərəkətə keçir.
Qurumun bioloji texnoloji departamentinin rəisi doktor Castin Sançes bildirib ki, insan saçı kimi nazik mikro kabel ilə elektrodların insanların beyninə yerləşdirilməsi üzərində işləyir. Alim bildirib ki, layihə uğurlu alınsa, insanın ağlından keçəni biləcəklər və beyinin davranışları necə kodlaşdıracağı anlaşılacaq.
Bu çiplər ilk olaraq iflic insanlar tərəfindən istifadə ediləcək. Bununla da onları əlil arabasından xilas etmək mümkün olacaq. Sançes bildirib ki, istəklərindən biri də kompüter vasitəsilə məlumatı və düşüncəni bir insanın beynindən digər insanın beyninə transfer etməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə