27.11.2026 - 14:04
Fransada inflyasiya noyabrda 2.9%-ə enib
İqtisadiyyat 230 baxış

Fransada inflyasiya noyabrda 2.9%-ə enib

Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) cümə günü verdiyi məlumata görə, noyabr ayında qiymətlər 0.7% azalıb. Bu, oktyabr ayında 0.4%-lik artımdan sonra baş verib.

Minval.info xəbər verir ki, inflyasiyanın azalması əsasən enerji qiymətlərindəki dəyişikliklərlə izah olunur. Enerji qiymətləri keçən illə müqayisədə hələ də kəskin artım göstərsə də, noyabr ayında artım tempi oktyabr ayına nisbətən daha zəif olub, 24,1%-dən 19,2%-ə düşüb. Xüsusilə neft məhsullarının qiymətində nəzərəçarpacaq eniş müşahidə edilir, baxmayaraq ki, qaz tarifləri artmağa davam edir.

Xidmət sektorunda inflyasiya oktyabr ayında 2,6% təşkil etdiyi halda, noyabrda bu göstərici 2,3%-ə geriləyib. Bu, əsasən yaşayış və nəqliyyat qiymətlərində “kəskin yavaşlama” ilə əlaqələndirilir.

Bunun əksinə olaraq, qida məhsullarının qiymətində az da olsa artım qeydə alınıb. Bir il ərzində 1,3% artım müşahidə olunub ki, bu da oktyabrda 1,2% idi. Təzə məhsullar sektorunda artım isə 9,4% olub.

Fransada istehlak və işsizlik sabit qalıb. Insee-nin məlumatına görə, sentyabr və avqust aylarında azalan Fransız ev təsərrüfatlarının mal istehlakı bu ayda sabitləşib. Enerji istehlakı 2,9% azalsa da, istehlak mallarında 1,3% artım qeydə alınıb, qida istehlakı isə sabit qalıb.

Fransanın ÜDM-si 2026-cı ilin üçüncü rübündə 0,2% azalıb, əvvəlki rübdə isə sabit qalmışdı. Eyni zamanda, ev təsərrüfatlarının xalis gəlirinin satınalma gücü 0,2% artıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: