Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Fransa üzrə proqnozunu sabitdən mənfiyə doğru dəyişib. Publika.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yayılıb. “S&P Global Ratings”in proqnozlarına görə, uzunmüddətli və qısamüddətli reytinqlər A+/A-1 səviyyəsində təsdiqlənib.
Qeyd edilib ki, Fransanın qısamüddətli reytinqləri hər iki valyutada “A-1” səviyyəsində saxlanılıb. Bu, Fransanın rəsmi valyutası olan avro və xarici valyutada götürülən borc öhdəliklərini əhatə edir. “Davam edən siyasi parçalanma daha qətiyyətli maliyyə-büdcə konsolidasiyası perspektivlərini azaldır”, – deyə vurğulanıb.
Mənfi proqnoz Fransanın artan dövlət borcunu, iqtisadi artımın yavaşlamasını və faiz dərəcələrinin yüksəlməsini əks etdirir. Bu faktorlar ölkənin iqtisadiyyatına təsirini artırır.
Xatırladaq ki, oktyabr ayının sonunda “Fitch” də oxşar qərar qəbul etmişdi. Məşhur ABŞ agentliyi “Fitch” Fransanın reytinqini A+ səviyyəsində saxladı və eyni zamanda proqnozunu mənfiyə dəyişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ölkədə ayaqqabı istehsalı 56 % artıb
Avropa Mərkəzi Bankının yeni rəhbəri inflyasiyanı önə çəkməlidir
Fransada inflyasiya noyabrda 2.9%-ə enib
Ali məktəblərə qəbulda vahid yanaşmanın əhəmiyyəti
Fitch "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi
Bank kartlarından oğurluq: təhlükələr və önləm yolları
Türkiyə 25 ildə dəmir yolu şəbəkəsini 30% genişləndirib