26.11.2026 - 10:24
Fitch "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi
İqtisadiyyat 274 baxış

Fitch "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC-nin uzunmüddətli defolt reytinqini “BBB-” səviyyəsində saxlayıb. Baku.ws-ın məlumatına görə, agentlik reytinq üzrə proqnozu “Sabit” olaraq müəyyən edib.

Şirkətin kredit reytinqi Azərbaycanın suveren kredit reytinqi ilə eyniləşdirilib. Bu isə onun bütün borc öhdəliklərinin dövlət zəmanəti ilə təmin olunması ilə bağlıdır. Agentlik bu vəziyyətin qarşıdakı dövrdə də davam edəcəyini gözləyir.

“Fitch” şirkətin müstəqil kredit profilini “bbb-” səviyyəsində qiymətləndirib. Güclü pul vəsaitləri axını, uzunmüddətli qaz nəqli müqavilələri və dayanıqlı maliyyə göstəriciləri reytinqi dəstəkləyən əsas amillər kimi göstərilib.

Bununla yanaşı, hasilat seqmentində qiymət dəyişkənliyi, “Şahdəniz” yatağının təbii tükənməsi və Azərbaycan, Gürcüstan, Türkiyədəki əməliyyat riskləri məhdudlaşdırıcı faktorlardır.

2014-cü ildə yaradılan “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 49 faizi İqtisadiyyat Nazirliyinə, 51 faizi isə SOCAR-a məxsusdur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: