Pedri üçün 90 milyon avro: PSJ-nin barselona ilə transfer savaşı başlayır
Fransanın tanınmış futbol klubu PSJ, heyətini gücləndirmək məqsədilə yeni transfer hədəfini müəyyən edib. Klub, Barselona’nın gənc yarımmüdafiəçisi Pedrini transfer etmək üçün ilk rəsmi təklifini hazırlayır.
Minval.info xəbər verir ki, Paris klubu, 23 yaşlı ispaniyalı futbolçu üçün Kataloniya təmsilçisinə 90 milyon avro təklif etməyi planlaşdırır. PSJ, Pedrini yay transfer pəncərəsinin əsas hədəflərindən biri kimi görür.
Bu maraq təsadüfi deyil. PSJ-nin baş məşqçisi Luis Enrike, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin “Real Madrid”ə keçid qərarından sonra diqqətini Pedriyə yönəldib.
ƏLAQƏLİ
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib
Qeyd edək ki, Pedri 2020-ci ildən bəri Barselona’nın heyətində çıxış edir. Bu müddət ərzində o, 245 oyunda iştirak edib, 28 qol vurub və 33 məhsuldar ötürmə edib. İspan futbolçu hazırda komandanın kapitanlarından biri kimi tanınır.
Yarımmüdafiəçinin Barselona ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib
"Neftçi" XXI əsrdə qol rekorduna imza atdı
Messinin sol ayağı məndə olsaydı... - Keynin arzusu
Maykl Ouen "Real"la müqavilə bağlayarkən göz yaşlarını saxlaya bilməyib
ÇL: "Vikinq" – "Sabah" oyununun hakimləri açıqlandı
Çempionluğu qazandıqdan sonra babasını xatırladı