Paytaxtın bəzi qəsəbələrində daşınmaz əmlak bahalaşa bilər
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi həm nəqliyyat imkanlarını, həm də daşınmaz əmlak bazarını təsirləndirə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin həyata keçirilməsi bu ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər.
Minval.info xəbər verir ki, Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmiryol nəqliyyatının inkişaf etdirilməsi planlaşdırılır. Proqram çərçivəsində 2030-cu ilədək bu istiqamətlərdə sürət qatarlarının hərəkəti üçün yeni dəmir yolu xətlərinin yaradılması nəzərdə tutulub. Ayrı-ayrı ərazilərdə artıq işlərə başlanıldığı bildirilir.
Mütəxəssislərin fikrincə, dəmir yolu stansiyalarının istifadəyə verilməsi bu ərazilərin nəqliyyat baxımından əlçatanlığını artıraraq daşınmaz əmlaka marağı yüksəldə bilər. Xüsusilə stansiyalara yaxın ərazilərdə torpaq və evlərə tələbatın artması qiymətlərə də təsir göstərə bilər.
Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, nəqliyyat infrastrukturunun yaxşılaşması əmlak bazarında qiymət dəyişikliklərinə səbəb ola bilər. Şəhər mərkəzindən nisbətən uzaqda yerləşən qəsəbələrdə dəmir yolu əlaqəsinin yaradılması həmin ərazilərin alıcılar üçün cəlbediciliyini artıracaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada maaşlar artır, amma əhalinin maddi vəziyyəti yaxşılaşmır
Qətərdən Avropa və Asiyaya qaz tədarükü təxirə salındı
ABŞ və Çin arasında 60 milyard dollarlıq ticarət razılaşması
MTV VMA 2026: Taylor Swift yenidən tarix yazdı
ABŞ və Çin Tramp-Xi sammitindən sonra tarif endirimlərini müzakirə edir
Azərbaycanda hərbi qulluqçuların əməkhaqları artırılacaq
Azərbaycan neftinin qiyməti yüksəldi