Paytaxtda mərmər sexinə basqın

Bakıda mərmər sexinə basqın edilib.
Minval.İnfo trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, 4 nəfər naməlum şəxs “Qazel” markalı yük avtomobili ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mərmər sexinə qanunsuz daxil olaraq orada mühafizəçi işləyən, 1994-cü il təvəllüdlü Kazımov Kamal Taryel oğluna daş parçası ilə xəsarət yetiriblər.
Daha sonra həmin şəxslər sexdən 1000 manat dəyərində mərməri götürüb hadisə yerindən qaçıblar.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni Məmmədov Feyruz Məhəmməd oğlu, Quliyev Məmmədalı Qulu oğlu və Qələndər adlı şəxsin törətdiyi müəyyən edilib. F. Məmmədov tutularaq istintaqa təhvil verilib, difər şəxslərin tutulması istiqamətində axtarışlar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!