Paytaxtda avtomobil qaçıran şəxs saxlanılıb
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən minval.info-ya verilən məlumata görə, sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci polis şöbəsinə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili bu il sentyabrın 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid xanımı 4-cü mərtəbədən yıxıldı, öldü
Şəmkirdə ailə münaqişəsi yanğınla nəticələndi
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı