14.05.2018 - 10:40
Ölkə
17 baxış
Paytaxt sakinlərinə şad xəbər - Metroya yeni qatar gətirildi
“Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” arasında imzalanmış müqavilə çərçivəsində Bakıya növbəti yeni qatar gətirilib.
Bu barədə Minval.info-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
“Ötən həftə qatarlardan digəri artıq ölkəyə gətirilib. Hazırda qatar depodadır, onun hazırlanma işləri gedir. Daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq”, – deyə N. Paşayev vurğulayıb.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Yeni gətirilən qatarlar müasir tiplidir. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. Vaqonların istismar müddəti 31 ildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır
07.09.2026 - 20:44
Mübariz İbrahimovun ev muzeyi yenilənir!
07.09.2026 - 20:16
Bakıda küləkli hava sabah zəifləyəcək
07.09.2026 - 20:09
Azərbaycanda bərpa olunan enerji reyestri qurulur
07.09.2026 - 19:41
Ermənistandan Azərbaycana idxal: Hansı məhsullar mümkündür?
07.09.2026 - 19:34
Banklar maaşdan pul tuta bilərmi? Ekspert açıqladı
07.09.2026 - 19:27
Azərbaycanı iqlim dəyişikliyi təhlükələri gözləyir
07.09.2026 - 19:20
Heyvan sahiblərinə örüşlər üçün subsidiya müjdəsi
07.09.2026 - 19:13