Pay torpaqları məcburi alınmayacaq - Rəsmi açıqlama
Son illərdə həyata keçirilən Dövlət Proqramı çərçivəsində torpaq sahələrinin parçalanmasının qarşısının alınması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu barədə açıqlama verib.
Minval.info xəbər verir ki, Vüqar Bayramovun sözlərinə görə, pay torpaqlarının vətəndaşlardan alınması məsələsi müzakirə mövzusu olsa da, bu torpaqlar heç bir halda məcburi şəkildə alınmayacaq. Konsolidasiya yalnız torpaq sahibinin razılığı əsasında həyata keçirilə bilər və bu, mülkiyyət hüququnun itirilməsi demək deyil. Konsolidasiyanın əsas məqsədi xırda və parçalanmış torpaq sahələrini daha səmərəli təsərrüfat fəaliyyətinə cəlb etməkdir.
Bayramov əlavə edib ki, bu istiqamətdə Niderland, İsrail və Cənubi Koreya kimi ölkələrin təcrübəsi öyrənilir. Bu ölkələrin təcrübəsi göstərir ki, torpaqların daha səmərəli təşkil olunması kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və istehsal imkanlarının genişlənməsinə şərait yarada bilər. Azərbaycanda aparılmış torpaq islahatının əsas prinsiplərindən biri olan ədalətlilik və vətəndaşın mülkiyyət hüququnun qorunması bu prosesdə də əsas götürülür. Beləliklə, vətəndaşın razılığı olmadan onun pay torpağı birləşdirilməyəcək və mülkiyyət hüququ əlindən alınmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL Braziliya təyyarələri ilə donanmasını genişləndirir
Azərbaycanın sağlamlıq turizmi Qazaxıstanda tanıdıldı
Ülkər Nuridən atasına duyğusal ad günü mesajı
Taksi sürücülərinin profilləri niyə bloklanır?
Azərbaycanda 32 xəstəxanada böyük təmir başlanır
Emal sənayesində işçi tələbatı artdı!
Bayramov yeni İsveç səfiri ilə görüşdü