Patruşev: "Qərbin yardımlarına baxmayaraq, Ukrayanda hədəfə çatacağıq"
“ABŞ və Qərbin Ukraynaya hərbi yardım etməsinə, Pilotsuz Uçuş Aparatlarının tədarükünü artırmasına baxmayaraq, qarşıya qoyulan hədəfə çatılacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Xabarovskda Uzaq Şərq Federal Dairəsində ölkəsinin milli təhlükəsizlik məsələlərinə həsr edilən müşavirədə bildirib.
O, Ukraynanı “neonasistlərin soyqırımı”ndan müdafiə etdiklərini iddia edib: “Ukraynada neonasizmin yayılmasının, ABŞ-ın Ukrayna ərazisində biolaboratoriyasının, hərbi-bioloji proqramının fəaliyyətinin qarşısını almaq məqsədilə hərbi əməliyyat keçirməyə məcbur idik”.
Qeyd edək ki, Nikolay Patruşev 1999-cu il avqustun 9-dan 2008-ci il mayın 12-dək Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru işləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü