Paşinyanın yeni vitse-spikeri: parlamentdə səsvermənin nəticələri nəyi göstərir?
Ermənistan parlamentinin vitse-spikeri vəzifəsinə hakim “Mülki Müqavilə” fraksiyasının namizədi Hayk Koncoryan təyin olunub.
Minval.info xəbər verir ki, bu barədə məlumatı parlamentin Hesablayıcı komissiyasının sədri Lilit Minasyan iclas zamanı açıqlayıb.
Ümumilikdə 105 deputatdan 91-i səsvermədə iştirak edib. Səslərin 63-ü Hayk Koncoryanın lehinə, 28-i isə əleyhinə verilib.
ƏLAQƏLİ
Britaniya Yaşıllar Partiyasında 'Sionizm irqçilikdir' təklifi müzakirə edilir
Müxalif “Güclü Ermənistan” fraksiyası hakim partiyanın namizədinə qarşı səs verdiyini bildirib. “Ermənistan” fraksiyası isə səsvermədə iştirak etməyib.
Parlamentin daha iki vitse-spiker seçməsi gözlənilir: biri hakim fraksiyadan, digəri isə müxalifətdən olacaq.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində 2 blok və 16 siyasi partiya iştirak edib. Seçkilərin favoriti, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası idi. Onun əsas rəqibi isə Samvel Karapetyanın “Güclü Ermənistan” bloku olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə İttifaqı Riyadda strateji müzakirələri keçirir
Letoniyada baş nazir Kulbergsin partiyası seçkilərdə qalib gəldi
Netanyahu seçki narrativini sahiblənmək üçün mübarizə aparır
Mark Rutte NATO-nu bir arada saxlamaq üçün səy göstərir
İran Hörmüz boğazını açmaq üçün 7 şərt irəli sürdü