22.11.2026 - 10:34
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
Siyasət 225 baxış

Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb

Baku.ws-ın məlumatına görə, İspaniyada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı Barselonada yerləşən Abat Oliba CEU Universitetində rəsmi olaraq fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat verilib.

Açılış mərasimində universitetin rektoru, Azərbaycanın İspaniyadakı səfiri, AIDA-nın direktoru və digər nüfuzlu şəxslər çıxış ediblər. Tədbir çərçivəsində Anlaşma Memorandumu da imzalanıb.

Bu təşəbbüs Azərbaycan-İspaniya akademik əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında biliklərin təşviqi, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələ olaraq qiymətləndirilir.

SOSİAL MEDİA MƏZMUNU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: