Paşinyanın yeni manevrası: Ermənistan üçüncü yolu seçir, Rusiya və Avropadan uzaqlaşır
Ermənistan Baş naziri Nikol Paşinyan, ölkəsinin Rusiya tərəfindən artan təzyiqlər altında olduğu bir vaxtda, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyəcəyini açıqlayıb. O, Ermənistanın üçüncü bir inkişaf yolunu seçə biləcəyini vurğulayıb.
Minval.info xəbər verir ki, Paşinyan, Ermənistan vətəndaşlarının Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə əlaqəsi olmayan alternativ bir yol seçə biləcəyini qeyd edib. O, Ermənistan xalqına daha çox seçim imkanı yaratmaq istədiklərini bildirib.
Politoloq Zərdüşt Əlizadə, Paşinyanın bu açıqlamasının ölkə əhalisinə yeni bir istiqamət göstərdiyini düşünür. O, Ermənistanın Cənubi Qafqazda yerləşdiyini və qonşuları ilə münasibətlərini yaxşılaşdırmaq istədiyini bildirib. Əlizadə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini düzəltməklə kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar açacağını vurğulayıb.
Politoloq əlavə edib ki, Ermənistanın Avropa bazarına çıxışı məhduddur və Paşinyan daha əlverişli alternativlər axtarır. O, Ermənistanın Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə etmə potensialını da qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib