Paşinyanın "yalan maşını": "Biz qaçmırdıq, taktiki geri çəkilmə edirdik"
Bu gün Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür. Ötən ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir nömrəli dezinformasi maşını sayılan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Artsrun Ovanisyan xalqın onu hələ də təhqir etməsindən gileylənib.
Azvision.az xəbər verir ki, Ovanisyan “24” kanalına verdiyi müsahibədə ötənilki gülməli bəyanatını-taktiki geriçəkilmə ilə bağlı fikirlərini bir daha təkrarlayıb.
Erməni müxalifəti “yalan maşını”ndan əl çəkmir-Məni şübhələnmədiyiniz bir şeydə günahlandırırsınız. Tarixdə məğlub olan tərəfin məğlub olduğunu elan etməsi üçün tək bir nümunə göstərə bilməzsən. Başa düşürsünüz, birinci müdafiə bölgəsindən tutmuş doqquzuncuya qədər yalnız üç müdafiə bölgəsində geri çəkilmək problemimiz olub. Bu qaçış deyil, taktiki geri çəkilmə idi.
Qeyd edək ki, Ovanisyan İkinci Qarabağ müharibəsi dövründə döyüşlər barədə yalan məlumatlar yaymaqla təxribatçı fəaliyyətlə məşğul olub. O, bu ilin aprel ayında istefa verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əmək pensiyaçılarına aylıq maddi yardım ödəniləcək - Sərəncam
İnam Kərimov iki rəhbər şəxsi işdən qovdu
Paşinyan Qarabağa dair yeni utopik tezislər irəli sürdü
Daha bir azərbaycanlı qız özünü porno saytda satışa çıxardı - FOTOLAR
Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA
Böyrək daşını salan SADƏ RESEPT