Paşinyanın qızı ədliyyə nazirliyində təcrübə keçir: Müzakirələrdə iştirakının səbəbi nədir?
Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Şuşan Paşinyan, Ədliyyə Nazirliyində keçirilən müzakirələrdə iştirak edərək diqqət mərkəzinə düşüb. Onun bu tədbirdə hansı statusda iştirak etdiyi açıqlanıb.
Minval.info xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin mətbuat katibi Mariam Melkumyanın sözlərinə görə, Şuşan Paşinyan “Nazirlə bir gün” proqramı çərçivəsində nazirlikdə təcrübə keçir və bu səbəbdən müzakirələrdə iştirak edir.
Bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan, şəxsi məlumatların qorunması üzrə muxtar qurumun yaradılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə dair video yayımlamışdı. Bu videoda Şuşan Paşinyanın da iştirak etdiyi görünürdü. Nazirlik, onun bu müzakirələrdə iştirakının proqram və təcrübə çərçivəsində olduğunu təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib