Paşinyandan növbəti gözlənilməz addım
Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün dünən postundan istefa verən Nikol Paşinyan seçkilər keçirilənə qədər baş nazir postuna namizəd olmayacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan hüquqşünaslarla məsləhətləşərək, parlamentin baş nazir seçəcəyi prosedura qatılmayacağını deyib.
“Bu siyasi yox, hüquqi məsələdir və hüquqşünaslar arasında debatlar gedir. Dünən günün ikinci yarısına olan rəyə görə, namizədliyimi irəli sürməyim doğru qərar olmazdı”.
Xatırladaq ki, Ermənistan parlamenti yaxın 2 həftə ərzində baş nazir seçməlidir. Əgər hər 2 müzakirə zamanı baş nazir seçilməzsə, ölkə prezidenti növbədənkənar parlament seçkiləri təyin edəcək.
Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkiləri prosesi başlanıb.
Seçkilərin dəqiq tarixi məlum deyil, lakin N.Paşinyan seçkinin dekabrın birinci ongünlüyündə keçiriləcəyini ehtimal edir.
“Daha əvvəl dediyim kimi, mən baş nazir vəzifəsindən istefa vermişəm. Bu istefanın məqsədi, baş nazir vəzifəsini tərk edərək, üzərimə düşən məsuliyyətdən boyun qaçırmaq deyil, əksinə, qeyri-zorakı, məxməri, xalq inqilabının məntiqi nəticəsinə çatdırmaq – tam hakimiyyəti xalqa qaytarmaqdır”, – televiziya çıxışında Nikol Paşinyan bəyan edib.
Ermənistan prezidenti Armen Sarkisyan dünən baş nazirin və hökumətin istefasını qəbul edib.
Lakin yeni hökumət tərtib olunana kimi baş nazir də, onun başçılıq etdiyi hökumət də öz səlahiyyətlərini yerinə yetirməyə davam etdirəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Rusiyaya qarşı yeni sanksiya tədbiq edir - tarix açıqlandı
Rus sülhməramlılarının davranışlarından narazılıq artır
Fransa səfiri: "Bakı ilə Bordo arasında əlaqələri genişləndirmək istəyirik"
Azərbaycan Prezidenti: "Düşmən ölkənin rəhbərliyi yalvarır"
Nikol Paşinyan Xankəndidə etiraz aksiyası ilə qarşılanıb
“Sərhədlərin güc yolu ilə dəyişdirilməsi yolverilməzdir” - İlham Əliyev