Paşinyan yenə biabır oldu — Video

Beynəlxalq platformalarda daim gülünc vəziyyətə düşən Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə biabır olub.
Minval.info xəbər verir ki, Paşinyan bu dəfə sentyabrın 16-sı Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti zamanı qeyri-adekvat hərəkətləri ilə diqqət çəkib.
Belə ki, Ermənistanın Baş Naziri ilk olaraq protokol qaydalarını pozub. Onun korteci sammit keçirilən iqamətgaha birinci gəlib. Qaydalara görə isə, ilk olaraq təşkilatın Baş katibi gəlməli idi. Bunun ardınca yarım saatlıq fasilə yaranıb. Hətta fəxri qarovul belə gözləməkdən yorulub.
Lakin Nikol Paşinyan bununla da yetinməyib. Baş nazir kollektiv foto çəkilişi mərasimi zamanı digərlərindən aralı dayanıb. Mərasim bitdikdən sonra isə həmkarları ilə söhbət etməyə çalışsa da, nəticə verməyib.
https://youtu.be/A2V36O6ym0c
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi