Paşinyan saxta “çevriliş şousu” hazırlayır - ŞOK DETALLAR
Ermənistanın Teleqram kanalları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Paşinyana qarşı cinayət işinin başlanması planlaşdırılan Baş Prokurorluqda qabaqlayıcı tədbirlər gördüyünü xəbər verir. Bu o deməkdir ki, Nikol Paşinyanın “çevriliş” planı var.
“Minval.info” xəbər verir ki, bu barədə axar.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, bir müddət öncə Ermənistanda ölən və itkin düşən hərbçilərin valideynləri Nikol Paşinyana qarşı cinayət işinin açılması üçün Baş Prokurorluğa müraciət ediblər.
“Prokurorluq valideynlərin müraciətini qəbul edib. Amma onu da yaddan çıxarmayaq ki, Ermənistanın Baş prokuroru Davtyanın elə özünün “işi” də MTX-dədi. Belə ki, bir müddət öncə onun iş vaxtı içkili halda rəqs etdiyi video hardansa ictimaiyyətə sızmışdı. Onda MTX işi sakitcə həll edə bilmişdi. Hər şeyin nəticəsi və kulminasiyası kimi Nikol Paşinyanın bugünki parlament çıxışı olmalıdır. O, son 3-4 gündür susurdu.
Bu müddət ərzində onun nümayəndələri Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə, Vyanada isə Türkiyə nümayəndələri ilə danışıqlar aparılıb. Nikolun xarici işlər naziri isə ABŞ-dadır. Gözlənilən “çevriliş”lə bağlı siqnallar, əgər varsa, aidiyyəti tərəflərə çatdırılıb. Yəni hazırki vəziyyətdə Paşinyan qərarların qəbulunun gecikməsini birtəhər izah etməlidir və “çevriliş” ən gözəl səbəb ola bilər”, – deyə ekspert qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!