28.10.2021 - 13:35
Siyasət
2 baxış
Paşinyan: “Qoşunlar geri çəkilməsəydi, Sünik əldən gedə bilərdi”

44 günlük müharibədən sonra Azərbaycan ərazilərində qalmış erməni ordusunun çıxarılması Nikol Paşinyan hökuməti üçün başağrsısına çevrilib.
Minval.info xəbər verir ki, Ermənistan müxalifəti mövcud hakimiyyətə qarşı bu “kart”dan da daha çox istifadə edib. İş o yerə çatıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələyə münasibət bildirməyə məcbur olub.
“Mən demişəm ki, məsuliyyətdən imtina edirəm? Sərəncama gəlincə, yəni müvafiq prosedurlar demək olar ki, Təhlükəsizlik Şurasının bütün üzvlərinin iştirakı ilə müzakirə edilib. Orada Xarici İşlər naziri də var idi. Sonradan dedi ki, guya iclasda iştirak etməyib”, deyə Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, əgər müvafiq qərar qəbul edilməsəydi, yəni Ermənistan qoşunları ərazidən çıxmasaydı, hərbi əməliyyatlar təhlükəsi yarana bilərdi:
“Bu isə Sünik üçün ciddi problemlər yaradardı. Hətta bir hissəsinin əlimizdən çıxma riski belə vardı”.
Paşinyan qeyd edib ki, hakimiyyətin ictimaiyyətdən gizlədəcəyi heç nəyi yoxdur:
“Əgər bəzi məlumatlar fraqmentlərlə təqdim olunursa, deməli bu, yalnız ölkənin maraqları naminə edilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saakaşvili Kişinyova getdi - Böhran dərinləşir
10.11.2019 - 10:27
UFC yarışında qondarma rejimin “bayrağı” qaldırıldı - Azərbaycandan etiraz
03.08.2020 - 12:46
Azərbaycan və İran Prezidentləri görüşə bilər
22.11.2021 - 14:27
Davudoğludan şok Ərdoğan açıqlaması: "Ailə üzvlərini..."
19.07.2019 - 15:50
Səlim Müslümov nazirliyin vəzifəli şəxslərini cəzalandırdı
29.01.2018 - 18:17
“Qarabağ ətrafında fırtınadan öncəki səssizlik hökm sürür” – Eldar Namazov
31.05.2020 - 10:59