05.09.2026 - 09:28
Ölkə 3 baxış

Paşinyan Kərki kəndinin Azərbaycan olduğunu etiraf etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkəsində böyük əks-səda doğuran bir bəyanatla çıxış edərək, Kərki kəndinin Azərbaycan ərazisi olduğunu açıq şəkildə ifadə edib. O, Ermənistanın bu əraziyə iddia edə bilməyəcəyini vurğulayıb. Bununla yanaşı, Paşinyan Gədəbəyin Başkənd kəndini də gündəmə gətirib.

Minval.info xəbər verir ki, Paşinyan, “Mən Tiqranaşen haqqında heç nə deməmişəm, Kərki haqqında danışmışam. Seçkiqabağı dövrdə anklavlar haqqında da danışmışam və bunda yeni bir şey yoxdur… Biz dedik ki, Ermənistanın ərazisi 29.743 kvadrat kilometrdir və Kərki və digər anklavlar bu hesablamaya daxil edilməyib. Lakin Artsvaşen (yəni Gədəbəy rayonundakı Başkənd) hesablamaya daxil edilib və daxildir”, – deyə bildirib.

Siyasi şərhçilər Paşinyanın bu açıqlamalarının Azərbaycan və Ermənistan arasında yeni gərginliklərə səbəb ola biləcəyini düşünürlər. Tarixi sənədlərə əsasən, Kərki və Başkənd kəndləri Azərbaycan əraziləri olub, lakin sovet dövründə erməni maxinasiyaları ilə problemli hala gətirilib. Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq üçün sovet dövründə qurulan bu tələlərdən imtina etməsi zəruridir.

Tarixi faktlara görə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ilə Kərki kəndi Azərbaycanın protektoratlığı altına keçən Naxçıvan vilayətinin ərazisi kimi göstərilib. Lakin sonradan erməni fitnəsi nəticəsində Kərki anklav vəziyyətinə salınıb. Eyni zamanda, Başkənd kəndi də 1929-cu ildə Cənubi Qafqaz MİK-nin fərmanı ilə Ermənistana verilib. Bu qərarlar sovet imperializminin anti-türk siyasətinin nəticəsi olaraq qəbul edilir və onların legitimliyi şübhə altındadır.

Siyasi şərhçilər vurğulayırlar ki, Ermənistanın indiki hakimiyyəti Rusiyanın imperialist siyasətinə qarşı çıxsa da, sovet dövrünün inzibati ərazi siyasətindən imtina etməlidir. Əks təqdirdə, regional sabitliyə zərbə vuran tələblərdən vaz keçməyin vacibliyi önə çıxır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: