“Paşinyan dedi ki, status məsələsi yoxdur”

Ermənistanda daha bir müxalifətçi – “Hayastan” blokundan deputat və “Daşnaksütun” partiyasının üzvü İşxan Saqatelyan ötən ilin oktyabrında, müharibənin şiddətli vaxtında Baş nazir Nikol Paşinyanın parlamentdənkənar müxalifət qüvvələri ilə keçirdiyi qapalı görüşün təfərrüatını danışıb.
Minval.info-nun virtualaz.org-a istinadən məlumatına görə, o bildirib ki, Paşinyan həmin görüşdə təslim olmaq haqda sazişi imzalamağa hazırlaşdığını deyib.
“Mən isə dedim ki, kapitulyasiya bizim dövlətimizin dağıdılmasıdır”, – Saqatelyan bildirib.
“Oktyabrın 19-da o görüşü bu sözlərlə başladı ki, situasiya ağırdır, bizim çoxsaylı itkilərimiz var. Dedi mənə Araik Arutyunyan zəng vurub və deyib ki, bütün keçmiş prezidentlər, o cümlədən, Serj Sərkisyan, bütün siyasi qüvvələr ona müraciət edib, əvvəllər müzakirə edilmiş variantlar əsasında danışıqlara başlamağa və hərbi əməliyyatların dayandırılasına çağırıb. Bu aşkar yalandır”, – Saqatelyan deyib.
Əlavə edib ki, daşnaklar heç vaxt belə təklif verməyiblər.
Onun sözlərinə görə, Paşinyan həmin sözləri deyəndən sonra guya Araik Arutyunyanın ona müraciət etdiyini təsdiqləyən hansısa sənəd göstərib. Bildirib ki, müharibəni dayandırmaq üçün rayonları 5+2 formatında qaytarmaq lazımdır.
“Mən maraqlandım, heç olmasa status məsələsi varmı, cavab verdi ki, yoxdur. Əlavə etdi ki, bu, Lavrov planıdır, hansısa xırda detallar əlavə edilməklə. Ona müraciət edib dedim: sən faktiki olaraq 23-24 gündür qışqırırsan ki, “qalib gələcəyik”, indi isə kapitulyasiyanı imzalamağa gedirsən. Cavab verdi ki, situasiya belədir və “keçmiş hakimiyyətlər” yaxşı irs qoyub getməyiblər”, – Saqatelyan bir il əvvəlki qapalı görüş haqda danışarkən bildirib.
Bundan əvvəl Respublika partiyasının sədr müavini Eduard Şarmazanov Paşinyanın ötən il oktyabrın 19-da keçirilmiş görüşdə dediklərini açıqlamışdı, bildirmişdi ki, Paşinyan həmin vaxt psixoloji baxımdan çox pis vəziyyətdə idi. Müharibəni dayandırmaq üçün rayonların qaytarılmalı olduğunu deyirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bütün gözlər TÜRKİYƏDƏ! Ankara onları sınağa çəkir - Yaxın günlərdə...
Erməni nazir yenə Rusiyaya gedir
"Bəziləri deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib" - İlham Əliyev
“Putinlə “İsgəndər-M”lə bağlı məsələni müzakirə etmişik”
Türkiyənin yük maşını Sevan-Yerevan yolunda - FOTO
Birinci vitse-prezident Valentina Matviyenko ilə görüşdü - FOTOLAR
Hikmət Hacıyev xarici media nümayəndələrinə çağırış etdi