“Partlayışın səsi gözümdən və ağlımdan getməyəcək...”
“Location” klubunda yanğınla nəticələnən partlayışda xəsarət alanların arasında müğənni Nicat Məhərrəmov da olub.
“Minval.info” xəbər verir ki, bu barədə o, instaqramda bildirib. Məhərrəmov hadisə nəticəsində xəstəxanalıq olduğunu qeyd edib:
“Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan acil şəfalar diləyirəm və məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya qədər gəlib yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə, hər birinizə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın”.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı