Partlayışda xəsarət alan model: "Əcəb olub" deyənlər..."
Aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində yaralanan model Təranə Rzayeva (Merlin) xəstəxanadan görüntüsünü paylaşıb.
Axşam.az xəbər verir ki, o, səhhətinin yaxşı olduğunu vurğulayıb.
“Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Yaxşıyam, düzəlirəm. Mənim bu halıma “əcəb olub” deyənlərdən birinin övladı rəhmətə gedib. Allah rəhmət eləsin, çox pis oldum. Bədbəxt hadisə hər kəsin başına gələ bilər. Allah məni saxladı və mənim kimi çoxunu. Ən az xəsarət alan da elə mənəm” deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Postdan 2 dəfə geri qaytarıldı, üçüncüdə isə... - VİDEO
“Green Pub”ın fəaliyyəti dayandırıldı - FOTOLAR
Erməni əsgərlərin gizləndiyi beton sığınacaq - VİDEO
5 ayda 6745 cütlük boşanıb
Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş
Kəndimizin azad olunduğu gün yenidən doğulduğumuz gündür