Parlamentdə Tarif Şurasının qərarına etirazlar
Deputat Tahir Kərimli parlamentin yaz sessiyasının ilk iclasında çıxış edərək Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına etirazını bildirdi. Millət vəkili ölkə konstitusiyasına istinadən bildirdi ki, həmin maddələr vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. “Nə haqla Tarif Şurası vətəndaşların rifah halının məhdudlaşdırır? Hansı haqla? Biz təcili Tarif Şurasını ləğv etməliyik”, – T.Kərimli əlavə etdi.
Deputat qeyd etdi ki, əks təqdirdə deputatlara məlumat verilməlidir, Baş nazirin rəhbərliyi ilə vəziyyətdən çıxış yolunun tapılması müzakirə edilməlidir. “Biz heç bilmirik nə vaxt bahalaşma olacaq. Cənab prezidentin rəhbərliyi altında görülən bu qədər böyük işlərə kölgə salmaq düzgün deyil”, deputat əlavə etdi.
Deputat Erkin Qədirli də həmkarının dedikləri ilə bağlı münasibətini bildirdi: “Bəli, Tarif Şurası parlamentin nəzarətindən kənar büdcəyə müdaxilə edən qurumdur. Büdcəyə müdaxilə olmamalıdır. Mən demirəm ki, Tarif Şurası ləğv olunmalıdır. Təklif edirəm ki, biz bu məsələyə baxaq və ehtiyac olarsa, cənab prezidentə də təkliflər təqdim olunsun”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda