Parlament Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.
“Minval.info” Oxu.Az-a istinadən məlumat verir ki, bəyanatın mətnini deputat Nizami Səfərov oxuyub.
Bəyanatda deyilir: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin pozulmasına son qoyulmasından, Vətən müharibəsinin başlamasından bir il keçir. Məlum olduğu kimi, Ermənistanın əsassız iddiaları və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə gətirib çıxarmışdı. Azərbaycanlılara qarşı dəhşətli cinayətlər həyata keçirilib, Xocalı və digər soyqırımı aktları törədilib, 877 şəhər, kənd və qəsəbə dağıdılıb, yandırılıb. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi məhv edilib və ya dağıdılıb”.
Bəyanat səsverməyə qoyularaq, qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!