Pakistan barışıq əli uzatdı: “Danışığa hazırıq”
Pakistan baş naziri İmran Xan Hindistanla ölkəsi arasında baş verən gərginliklə bağlı açıqlama verib.
Bununla bağlı “Reuters” məlumat yayıb.
Baş nazir bildirib ki, Pakistan Hindistanla əməkdaşlığa hazırdır:
“Dinc sakinlərə zərər vermək istəmirik. Bu risk hər iki tərəfə zərər verə bilər. Kəşmirdəki kamikadze hücumu ilə bağlı Hindistanla əməkdaşlığa hazırıq. Amma indi bu məsələni həll etmək üçün masa arxasına keçməliyik. Bu iş həm sizin, həm də bizim nəzarətimizdən çıxa bilər”.
Xatırladaq ki, bu gün səhər saatlarında Pakistanla Hindistan arasında gərginlik yaşanıb. Əvvəlcə Pakistan Hindistana məxsus hərbi təyyarəni, daha sonra isə Hindistan Pakistanın qırıcısını vurub. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ