Pərviz Şahbazov: “Keçən il neft hasilatımız 8,2 % azalıb”
OPEC+ məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2 % azalıb. Amma, eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9 % artaraq 13,8 milyard kubmetr təşkil edib.
“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.
Onun sözlərinə görə, bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub: “2020-ci il dekabrın 31-dən ilk dəfə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Bu, bir daha göstərdi ki, möhtərəm cənab Prezident, Sizin irəli sürdüyünüz bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Hazırda, yəni, bu gün üçün İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi