Pərviz Şahbazov: "AÇG-dən indiyədək 496 mln. ton neft hasil edilib"
İndiyə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan 496 mln. ton neft hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata əsasən, bu barədə Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, AÇG-dən indiyədək 163 mlrd. kub metr qaz hasil edilib.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.
Layihədə pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi