Pəncşirdə internet və telefon əlaqəsi bərpa edilib

Əfqanıstanda “Talibana” müqavimət göstərən qüvvələrinin cəmləşdiyi Pəncşir əyalətində internet və telefon əlaqəsi bərpa olunub.
Minval.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Əyalətdə internet və telefon əlaqəsi ölkədə hakimiyyəti ələ keçirən “Taliban” tərəfəindən dayandırılmışdır.
Xatırladaq ki, taliblərin hakimiyyəti ilə razılaşmayan qüvvələr Pəncşirdə məşhur səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət təşkil ediblər. Əşrəf Qaninin ölkəni tərk etməsindən sonra özünü müvəqqəti dövlət başçısı elan edən vitse-prezident Əmrullah Saleh də müqavimətçi qüvvələrə qoşulub.
“Taliban”la onlar arasında danışıqlar aparılsa da, razılığa gəlinməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi