Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu