Özünü klinika rəhbəri kimi təqdim edən stomatoloqa 8 il həbs
Özünü həkim və klinika rəhbəri kimi təqdim edərək dələduzluqda təqsirləndirilən Elşən Zaxarovun cinayət işi üzrə hökm elan olunub.
Minval.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əvvəlki cəzası da qismən birləşdirilməklə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İttihama görə, Elşən Zaxarov işlədiyi stomatoloji klinikada pasiyentlərə implant və digər müalicə xidmətləri vəd edərək onlardan müxtəlif məbləğlərdə pul alıb, lakin öhdəliklərini yerinə yetirməyib. O, həmçinin tibbi avadanlıq təchizatçısından məhsulları ödəniş etmədən əldə etməkdə ittiham olunub.
Cinayət işi materiallarında bildirilir ki, təqsirləndirilən şəxs müxtəlif epizodlar üzrə pasiyentlərdən 2 800, 15 000, 1 400 və 12 200 manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, ümumi dəyəri 22 500 manat olan stomatoloji avadanlığın ödənişini də həyata keçirməyib.
Məhkəmədə ifadə verən Elşən Zaxarov ittiham üzrə özünü qismən təqsirli bilib. O, bəzi pasiyentlərdən pul aldığını, vəd etdiyi implant əməliyyatlarını həyata keçirmədiyini və vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib. Təchizatçı şirkətdən aldığı avadanlıqlara görə ödəniş etmədiyini də təsdiqləyib.
Elşən Zaxarov əvvəllər də oxşar əməllərə görə mühakimə olunub. Həmin iş üzrə onun implant və tibbi avadanlıq satışı adı altında zərərçəkmiş şəxsdən ümumilikdə 151 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilmişdi. Həmin qərarla zərərçəkmişə dəymiş 151 min manat maddi ziyanın və dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutulması da qərara alınmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İş yoldaşının hesabına girib 6 min pul çıxardı - BAKIDA ŞOK DƏLƏDUZLUQ
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanıldı - VİDEO
"BakuBus" sürücü ilə sərnişin arasındakı insidentə görə üzr istədi
Canlı yayımda Sedat Pekerə söyüş söydü - Evində GÜLLƏLƏNDİ