Özil: "Bir gün Türkiyədə..."
Sosial şəbəkədə ona ünvanlanan sualları cavablayan Məsut Özil, gələcəkdə Türkiyədə forma geyinə biləcəyinin mümkün ola biləcəyini deyib. Özil, ona yönələn “Kariyeranın gələcək mərhələsində Türkiyədə oynamağı düşünürsən?” sualına, “Çətin sualdır, amma bunu deyə bilərəm ki, heç vaxt, heç vaxt demə.” deyə cavab verib.
Minval.info xəbər verir ki, “Arsenal”-ın Türk əsilli Alman ulduzu Məsut Özil sosial şəbəkədə gələn suallara verdiyi cavablarla gündəmə gəlib. Karyerasındakı uğurları ilə fərqlənən Özil, gələcəkdə Türkiyədə forma geyinə biləcəyini bildirib.
Ulduz futbolçu, “bir yerdə oynadığı və qarşılaşdığı ən güclü futbolçu?” sualına “Birlikdə oynadığım ən güclü Kristiano Ronaldo, qarşılaşdığım ən güclü isə Lionel Messi olub.” deyərək cavablandırıb.
Arsenaldakı ən yaxşı gənc oyunçu olaraq Matio Guendouzini göstərən Məsut, uğursuzluqlarla davam edən sabiq komandası “Real Madrid” haqqında “Çətin günlər keçirirlər əminəm ki, qısa müddət ərzində problemlər aradan qalxacaq.” əlavə edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
