Özəl bağçalar dövlət dəstəyi ilə seçildi!
Azərbaycanın məktəbəqədər təhsil sahəsində dövlət dəstəyi ilə fəaliyyət göstərəcək özəl müəssisələrin siyahısı açıqlanıb. Bu siyahı Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilib və 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olaraq seçilib.
Minval.info xəbər verir ki, seçilmiş müəssisələrin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynlərin ödəməli olduğu aylıq məbləğlər haqqında ətraflı məlumat təqdim olunub. Növbəti mərhələdə, dövlət dəstəyi ilə bu müəssisələrdə uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili təmin ediləcək. Eyni zamanda, maliyyələşmə müqavilələri çərçivəsində müəssisələrin fəaliyyətinin monitorinqi həyata keçiriləcək.
Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib