Öz dairəsinin lider namizədi Razi Nurullayev "Canlı debat" da Youtube linki: https://youtu.be/EYYHpKOryMs
“Bu xəstəliyin ən gözəl tərəfi yoluxanların 81 faizinin xəstəliyi yüngül keçirməsidir. Çox az qızdırma, çox az öskürək əlamətləri olur. Yəni həkimə getmədən keçir. Yalnız təxminən 4-5 faizi ağır keçirir və xəstəxanada müalicəsi tələb olunur”.
BAKU.WS xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Harmancı İTV-də yayımlanan “Diqqət mərkəzi” verilişində koronavirusdan danışıb:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Koronavirusa yoluxanlar xəstəxanaya yatırılsa belə, təəssüf olsun ki, bu virusu öldürən dərman yoxdur. Yəni virusun spesifik müalicəsi yoxdur. Bu xəstələrə zaman qazandırmaq üçün ümumi orqanizmlərini möhkəmləndirəcək prosedurlar edirik və nəfəs almada çətinlik çəkirlərsə, oksigen veririk. Lazımi müayinələr edirik”.
Hande Harmancı deyib ki, bu xəstəlik bütün ölkələrdə yayılacaq. Koronavirusun hansısa ölkədə aşkarlanmaması həmin yerdə bu virusun olmaması və ya olmayacağı mənasına gəlmir. Çünki immuniteti aşağı olan hər bir insan bu virusa yoluxa bilər. Hansı ölkənin səhiyyə sistemi zəifdirsə, bu ölkələr virusu daha gec aşkarlayacaqlar və ya ümumiyyətlə aşkarlamayacaqlar. Təşvişə düşmək lazım deyil, ehtiyatlı olmaq lazımdır. Bu virus keçəcək. İnsanların həyatları davam edəcək. Virus dekabr ayında aşkarlandıqdan sonra istilərin gəlməsi ilə virusun öləcəyini ehtimal edirik”.
ÜST nümayəndəsi maskalarla bağlı da danışıb: “Maskalar çox önəmlidir, amma maskanı tibb işçiləri və xəstə şəxslər taxmalıdırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda