02.05.2019 - 13:23
qarabağ qəbələ ile ilgili görsel sonucu
İdman 1 baxış

Oyunun sonlarında tale "Qarabağ"ın üzünə gülmədi

qarabağ qəbələ ile ilgili görsel sonucuTofiq Bəhramov adına respublika stadionunda Azərbaycan kubokunun 2/1 final mərhələsi çərçivəsində “Qəbələ” komandası 2 oyunun nəticəsinə görə “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Minval.info xəbər verir ki, ilk oyunda Qəbələdə keçirilən qarşılaşmada 1-0 hesabı ilə qalib gələn “Qəbələ” Bakıda 2-1 hesabı ilə məğlub olsa da, finala adladı.

Oyun “Qarabağ”ın üstünlüyü ilə başladı və bunun məntiqi nəticəsi olaraq ağdamlılar ilk hissəsini 1-0 öndə başa vurdu. 2-ci hissədə də region təmsilçisi oyunda üstün tərəf idi, lakin “Qəbələ”nin toparlanmağı gec olsa da, yaxşı nəticə verdi.

Matçın 81-ci dəqiqəsində David Volkov rəqib müdafiəçilərini geridə qoyaraq hesabı 2-1 etdi və “Qəbələ”ni Naxçıvana apardı.

Ardıcıl 3-cü dəfədir finala adlayan “Qəbələ” nəhayət, bu il şeytanın qıçını qırıb, kuboka sahib olmaq istəyir.

“Qarabağ” – “Qəbələ” – 2:1

Qol: Miçel, 36 (1:0), Kintana, 58 (2:0), David Volkov, 81 (2:1)

 

Ağa Dadaşzadə

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: