Oteldə qadını döyən ərəb məhkəmə qarşısına çıxarılacaq - BAKIDA
Ərəb Bakıda məhkəmə qarşısına çıxarılacaq
Ərəb turistin Bakıda otellərin birində qadını döyməsi, onun inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnəcək.
Minfal.İnfo oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayon məhkəməsində inzibati sorğuya baxılacaq və sanksiya tətbiq olunacaq.
Hazırda faktla bağlı Nəsimi rayonu 22-ci polis bölməsində araşdırma aparılır.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən otellərin birində Bəhreyndən olan turist 25 yaşlı Mohamed Haqmed Alqasser dava salaraq, 1986-cı il təvəllüdlü Bakı sakini olan qadını döyüb.
Zərərçəkən şikayətlə polisə müraciət edib. Məlum olub ki, ərəb turistin özü də müxtəlif dərəcədə xəsarətlər alıb. Belə ki, pul üstündə mübahisə etmiş iştirakçılar bir-birini döyüb.
Qeyd edək ki, Qadın ərəb turistlə küçədə tanış olduqdan sonra, onlar “yaxşı” vaxt keçirmək üçün otelin nömrəsinə qalxıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib