Ötən il 5 məhkum xaricdən Azərbaycana gətirilib, 25 məhkum təhvil verilib
“Koronavirus pandemiyası ilə əlaqədar məhkumların verilməsi və ekstradisiya sahəsində problemlər yaranmışdı”.
“Report”un xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov 2020-ci ilin yekunlarına həsr olunan videokonfransda deyib.
O bildirib ki, bu sahədə tərəfdaşlarla məsləhətləşmələrdən sonra proseslərin elektron sənəd dövriyyəsi ilə həyata keçirilməsi məsələsi həll edilib: “Ötən il Almaniya iki azərbaycanlını Azərbaycana təhvil verilib, onlardan biri Avropa İttifaqının vətəndaşı olub. Ümumilikdə ötən il 5 məhkum Azərbaycana gətirlib, 25 məhkum öz ölkəsinə təhvil verilib.
7 nəfər isə Azərbaycana ekstardisiya edilib. Bu ölkələr siyahısında Əlcəzair, Türkiyə və Bosniya var”.
İdarə rəisi qeyd edib ki, artıq xaricdə olan cinayət işi üzrə Azərbaycanda olan şəxslərin dindirilməsi videokonfrans vasitəsilə həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO